Şəki Şəhər Uşaq İncəsənət Məktəbində xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı konsert proqramı təşkil edilib. Tədbirdə çıxış edənlər dahi bəstəkarın yaradıcılığından və Azərbaycan musiqisinə gətirdiyi yeniliklərdən danışıblar. Rəsmi hissədən sonra baş tutan konsert proqramında məktəbin gənc yetirmələrinin ifasında Süleyman Ələsgərovun "Vətənimdir", "Rəqs tokkata", "Sözsüz mahnıları", "Ölməz sərkərdə", "Xəyala dalarkən" və digər bəstələri səsləndirilib. Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.