Zaqatala Polisi qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitənin və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısını alıb.
Əməliyyat zamanı Gəncə şəhər sakini Mövsüm İsgəndərovun çantasından 2 kiloqrama yaxın marixuana, 20 ədəd metadon həbi, 34 qram tiryək, 22 qram metamfetamin və heroin aşkar edilib. Onun həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu iranlı narkotacirdən onlayn yolla aldığı və həmin şəxsin göstərişi ilə Gəncə şəhərinə apararaq orada satmaq istəməsi müəyyən edilib.
Mövsüm İsgəndərov əvvəlcədən fotoşəkillər vasitəsilə ona göndərilən Zaqatala rayonundakı ünvandan narkotik vasitələri götürüb getmək istəyərkən polis əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb.
Çərşənbə, 28 Fevral 2024 10:05