Təhsil nazirliyinin VII qrant layihələrinin müsabiqəsində qalib layihələrdən biri olan Şəki şəhər 18 saylı orta məktəbinin “Olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya (respublika fənn olimpiadaları) hazırlaşdırılması” layihəsi yekunlaşıb.
Layihənin yekununa həsr olunan tədbirdə çıxış edənlər həyata keçirilən işlərdən danışıblar. Vurğulanıb ki, Şəki-Zaqatala regionunda ilk dəfədir ki, bu tipli layihə həyata keçirilir. Nəticədə 8-11-ci siniflərdə təhsil alan 20 müəllim tərəfindən 133 nəfər şagirdə 8 fənn üzrə RFO-ya hazırlıq üzrə peşəkar məşğələlər təşkil olunub. Bildirilib ki, layihə nəticəsində Şəkidə təhsilalanlar arasında RFO-ya marağın artırılması və olimpiadalara qatılan şagirdlərin nəticələrinin yüksəldilməsi hədəflənib. Tədbirin sonunda layihədə iştirak edən müəllimlər fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Cümə, 23 Fevral 2024 10:42