Hadisə rayonun Gərəkli kəndində baş verib. Ümumi sahəsi 132 kv/m olan 4 otaqdan ibarət fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın zamanı xəsarət alan olmasa da 4 otaqlı ev yanaraq, yararsız hala düşüb. İlkin ehtimala görə yanğın elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş verib. Qeyd edək ki, ev sahibi 74 yaşlı Ramazan Əlisultanov fevralın 18-də vəfat edib.