Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı keçirilən konsert proqramı baş tutub. Tədbirdə şəhid ailələri, qazilər, ziyalılar musiqisevərlər iştirak ediblər. Konsert proqramında Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin Xalq Çalğı alətləri orkestrinin və müəllimlərinin ifasında dahi bəstəkarın film musiqləri, “Xəyala dalarkən”, “Küsmərəm”, “Gözlə məni”, “Vətənimdir”, və digər mahnıları ifa edilib. Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Xatırladaq ki, Süleyman Ələsgərov “Bahadır və Sona”, “Solğun Çiçəklər” operasının, 12 musiqili komediyanın, “Bayatı Şiraz” simfonik muğamının, 2 simfonik poemanın, 4 kantatanın, 200-ə qədər müxtəlif mahnı və romanslar kimi Azərbaycan musiqisinin incilərinin müəllifidir. Həmçinin 1956-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq kimi də fəaliyyət göstərib.