Hadisə gecə saatlarında şəhərin Könül Qəhrəmənova küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib. Evdə kirayəçi kimi yaşayan 18 yaşlı Rəvan Xavəri və Emil Məmmədov, 19 yaşlı Kamil Məmmədli və Ülvi Bəbirbəyli, 21 yaşlı Musallif Bəşirov və 22 yaşlı İmran Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. İlkin ehtimallara görə, zəhərlənməyə qaz sobasından sızan dəm qazı səbəb olub. Faktla bağlı araşdırma aparılır.