Cümə axşamı, 15 Fevral 2024 13:01

Şəkidə yarımçıq qalan asfaltlanma işləri nə zaman bitəcək?


Şəkililər su-kanalizasiya layihəsi çərçivəsində qazılan yolların nəhayət ki, təmir edilməyə başlanacağına sevinsə də bu sevincləri uzun çəkmədi. Yenilənmə işləri çərçivəsində üst asfalt örtüyü götürülən küçələrdə işlər bir müddətdir ki, dayandırılıb. Bu isə hərəkət iştirakçılarının çətinliyini bir az da artırıb.

Bəs, yol örtüyünün yenilənməsi prosesinin bu qədər uzanması normaldırmı? Ekspertlər hesab edir ki, yol infrastrukturu ilə bağlı qaydalara əsasən proses çox qısa müddətdə başa çatmalı idi. Şəhərin mərkəzi küçələrində bərpa işlərinin nə zaman yekunlaşacağı ilə bağlı sorğumuza cavab olaraq rayon icra hakimiyyətindən bildirildi ki, tezliklə asfaltlanma işlərinə başlanılacaq.

Qeyd edək ki, ilk olaraq Sabit Rəhman, Heydər Əliyev prospekti, M. Rəsulzadə küçələrinin asfalt örtüyünün yenilənəcəyi planlaşdırılır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S