Bu gün Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin anım günüdür. Şəkidə şairin ev muzeyində keçirilən tədbirdə xatirəsi anılıb.
Şairin yaxımları, Şəki -Zaqatala Regional Mədəniyyət İdarəsinin rəsmiləri çıxışlarında Xalq şairinin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışıblar.
Qeyd olunub ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Şairin əbədiyyətə qovuşmasından 15 il vaxt keçsə də, işıqlı xatirəsi xalqımızın, onu sevənlərin qəlbində daim yaşayır və yaşayacaq. Xatirə tədbiri ədəbi-bədii proqramla davam edib.
Çərşənbə axşamı, 13 Fevral 2024 15:02