Qışı sərt keçən Şəkinin Bolludərə və Qaratorpaq sakinləri illərdir qazlaşma prosesindən kənarda qalıb. Şəki şəhərindən 75 km aralıda yerləşən 900 nəfərin yaşadığı bu kəndlərin əhalisi yanacaq kimi əsasən fındıq qabığı, məişət tullantıları və ya həyətlərindəki ağaclardan istifadə edir. Sakinlər deyir ki, aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də bir nəticəsi olmayıb. Hələ 2021-ci ildə kəndlərin qazlaşacağı vədi verilsə də, Bolludərə kəndinin girişinə qədər gələn qaz kəmərinin çəkilməsi bilinməyən səbəbdən dayandırılıb."Azəriqaz"dan isə məsələ ilə bağlı bildirildi ki, qurum regionlarda qazlaşdırma prosesini mərhələli şəkildə həyata keçirir. O ki, qaldı bu il ərzində plana daxil edilən ərazilərə - 2024-cü ildə Şəkinin Aran, Şin, Zunud kəndləri, Baş Zəyzid kəndinin genişləndirilmiş hissəsi, eləcə də Şəki şəhərinin 18-ci, 19-cu, 20-ci, 21-ci kvartallarının qazlaşdırılması nəzərdə tutulur. Bolludərə və Qaratorpaq sakinləri isə bir il sonra mavi yanacağa qovuşacaqlar.