Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə Şamaxı Olimpiya Mərkəzində könüllülərin təlim düşərgəsinin açılış mərasimi olub. Düşərgə, ümumilikdə, 3 gecə, 4 gün davam edəcək. Düşərgədə könüllülük fəaliyyəti haqqında ümumi məlumatlar, fövqəladə hallar zamanı davranış qaydaları paylaşılacaq, komanda oyunları və stresli şəraitdə fəaliyyətlər haqqında təlimlər keçiriləcək.Eyni zamanda, könüllülər fövqəladə hallar zamanı istifadə olunacaq texnikalarla yaxından tanış olacaq, istifadə qaydalarını mənimsəyəcəklər. Bununla yanaşı, təbii fəlakətlərdə insanlara humanitar yardımların göstərilməsi, çadırların qurulması, mülki müdafiənin təmin olunması ilə bağlı da təlimlər keçiriləcək. Düşərgədə 42 könüllü iştirak edir.