Şəkinin Abbas kəndindən olan şəhid baş çavuş Saleh Məmmədovun cənnətdə keçirdiyi 29-cu doğum günü qeyd edilib. Anım tədbirində şəhidin ailə üzvləri, yaxınları, ziyalılar, məktəblilər iştirak edib. Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Çıxış edənlər Saleh Məmmədovla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Vətən müharibəsində mərdliklə vuruşan, bu yolda canından keçən şəhidimiz əsl qəhramanlıq dastanı yazıb. Gələcək nəsillərə örnək olacaq igid baş çavuş Saleh Məmmədov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın Qubadlının, Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Mərasimin sonunda Aşağı layısqı və Aşağı Göynük kənd məktəblərinin şagirdləri vətənpərvər ruhda şeirlər söyləyiblər.