113 saylı Qax-Şəki seçki dairəsinin seçki məntəqələrində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri seçicilərin fəallığı şəraitində davam edir. Səsvermə hüququ olan vətəndaşlar səhər saatlarından etbarən seçki məntəqələrinə gəlir, öz vətəndaşlıq borclarını yerinə yetirməyə tələsirlər. Onların arasımda ilk dəfə səsvermə hüququndan istifadə edən 18 yaşlı gənclər də var. Qeyd edək ki, 113 saylı Qax-Şəki seçki dairəsinin tərkibinə daxil olan 72 seçki məntəqəsinin 59-u Qaxda, 13-ü isə Şəki rayonunda yerləşir. 54 min 330 seçicidən 2732 nəfəri bu seçkilərdə ilk dəfə səs verir. Seçicilərin 937 nəfəri 80-100 yaş arasındadır. Bütün seçki məntəqələri lazımi avadanlıqla, rabitə və digər texniki vasitələrlə təmin edilib. Səsvermənin gedişini izləmək üçün 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə 960 yerli müşahidəçi qeydiyyatdan keçib, 620 seçiciyə qeydiyyatdançıxma vəsiqəsi verilib.