Şəkidə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin və M.F.Axundzadə adına mədəniyyət mərkəzinin dəstəyi ilə Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Mən həmişə gəncəm – 2” adlı intellektual yarışma keçirilib. Yarışmada Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ bölgələrindən 6 komanda iştirak edib. Yarışma 5 mərhələdən, hər mərhələ isə 10 sualdan ibaərət olub. Ən az xal toplayan 1 komanda hər mərhələdə yarışmadan kənarlaşdırılıb. Yarışmanın yarım finalına “Qax” və “Şəki” komandası çıxıb. Qalib komanda isə “Şəki” komandası olub. Qalib komanda üzvləri fəxri fərmanlarla mükafatlandırılıb. Həmçinin auditoriya qismində əyləşən şəxslərdən suallara düzgün cavab verənlərə hədiyyələr təqdim olunub.