Heydər Əliyev mərkəzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İcra hakimiyyəti ilə birgə təşkil etdiyi 2 fevral - Gənclər Günü münasibəti ilə rayon tədbiri keçirilib. Tədbirin açılışında ümummilli lider Heydər Əliyevin gənclər siyasətini əks etdirən video çarxın nümayişi olub. Rəsmi hissədə çıxış edənlər iştirakçıları Gənclər Günü münasibəti ilə təbrik ediblər. Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıqlar sayəsində ərazi bütövlüyümüzün bərpa olunması xatırlanıb. Həmçinin gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışılıb. Bildirilib ki, müasir rəqəmsallaşan dünyada insan kapitalı əsas faktora çevrilir ki, bu istiqamətdə önəmli addımlar atılır. Vətənə laiqli, savadlı gənclərin yetişdirilməsi üçün təhsil sistemi yenidən qurulur. Tədbirdə gənc nəslin tərbiyəsi sahəsində fərqlənən 30-a yaxın təhsil işçisi fəxri fərmanlarla təltif edilib. Bədii hissədə uşaq-gənclər inkişaf mərkəzlərinin, musiqi məktəblərinin hazırladığı vətənpərvər ruhlu seir, mahnı və rəqslər ifa edilib.