Azərbaycan Beynəlxalq Arıçılıq konfransına ev sahibliyi edən Zaqatalada "Boz Qafqaz" Arı cinsinin genefondunun qorunması məqsədilə yaradılmış təsərrüfatla tanışlıq məqsədilə tur təşkil edilib. 10-a yaxın ölkənin 30-dan artıq nümayəndəsinə məlumat verilib ki, “Boz Qafqaz” cinsi bölgədə tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılır. Bu növ arı cinsi artıq mələzləşərək cırlaşmağa doğru getdiyi üçün məhsuldarlığa da mənfi təsir göstərirdi. Buna görə də damazlıq təsərrüfatının yaradılması vacib məslələrdən idi. Hazırda arıçılar bir pətəkdən 5-7 kq məhsul əldə edirsə gələcəkdə damazlıq təsərrüfatlarından 15 kq –dək məhsul əldə ediləcək. Fərqli ölkələrin nümayəndələrinin bir araya gələrək arıçılıq sahəsinidəki mövcud problemlərin həlli yolunda birgə əməkdaşlıq ediləcəyi də vurğulanıb. Qeyd edək ki, tədbir çərçivəsində müxtəlif ölkələrin nümayəndələri məhz Boz Qafqaz arı cinsinin genetikasını öyrənmək məqsədilə analiz üçün nümunələr götürüərək öz ölkələrinə aparıblar.