Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeçiliyində olan ümumtəhsil müəssisələrində mövcud vakant yerlərə test imtahanları keçirilib. İmtahanda iştirak etmək üçün 1000 nəfərə yaxın qeydiyyatdan keçib. Onlardan seçim üçün uyğunluğu yoxlanıldıqdan sonra 700 nəfər imtahan buraxılıb. İmtahan bir mərhələdə aparılıb. 80 dəqiqə ərzində namizədlər vəzifələrdən asılı olaraq 45 və ya 50 sualı cavablandırıb. Vəzifə üzrə ən yüksək bal toplayanların ardıcıllığa uyğun olaraq vakant yerlərdə yerləşdirilməsi aparılacaq. Xatırladaq ki, bu Şəki-Zaqatala regional təhsil idarəsi tərəfindən keçirilən 3-cü imtahandır.