Zaqatalanın Muxax kənd sakinləri aptek olmamasından, dərman almaqda yaşadıqları çətinliklərdən şikayətlənirlər. Rayonun ən böyük kəndlərindən biri olan, Muxaxda 10 minə yaxın əhali yaşayır. Ətraf kəndləri də saysaq, bu bölgədə ümumi əhali sayı 20 mindən çoxdur. Vaxtilə aptek fəaliyyət göstərsə də bağlanıb. Həmin gündən isə kənd sakinləri adi ağrıkəsici, sanitar-gigiyenik vasitələri almaq üçün belə rayon mərkəzinə üz tutmalı olurlar.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsindən bildirilib ki, aptek açmaq üçün müəyyən qaydalar var. Aptek fəaliyyət göstərəcək məkan qeyri-yaşayış sahəsi olmalıdır və orada dərmanların saxlanılması üçün bütün lazımi şərait yaradılmalıdır.
Həmçinin vətəndaşlar şikayət və təkliflərlə bağlı mərkəzin 012 596 07 12 nömrəli qaynar xəttinə müraciət edə bilərlər.
Cümə, 26 Yanvar 2024 12:55