Cümə axşamı, 25 Yanvar 2024 13:33

Katex kəndində çay məcrasında aşkar edilən qəbirlərin araşdırılmasına ehtiyac var...

Balakənin Katex kəndində çay məcrasında aşkar edilən qəbirlərlə bağlı iddialar öz əksini tapmayıb. Belə ki, əraziyə mütəxəssislər baş çəkib. İlkin araşdırmalarla məlum olub ki, qəbirlər sakinlərin dediyi kimi 20-30-cu illərdə həmin ərazidəki təcridxanada saxlanılan repressiya qurbanlarına məxsus ola bilməz. Aşkar edilmiş qəbirlərin hazırda hansı dövrə aid olduğu dəqiq bilinməsə də antik və ya erkən orta əsrlərə aid olduğu təxmin edilir. Mütəxəssislər ərazidə arxeoloji qazıntıların aparılmasını vacib hesab edir. Qəbirlər çay məcrasının genişlənməsi və sahillərinin yuyulmasından sonra ortaya çıxıb. Əraziyə baxış keçirmiş Şəki REM-in əməkdaşları azı 20 qəbir aşkar ediblər. Sakinlər qəbirlər aşkar edildikdən sonra çay yatağını müəyyən qədər təmizləyib və torpaq qatı ilə hasara alıblar ki, ərazini su yuyub aparmasın. Ancaq mütəxəssislər bunu yetərli hesab etmir və qəbirlərin təcili şəkildə mühafizə edilməli olduğuna diqqət çəkir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S