Şəkinin Vərəzət kəndində qaz sızması nəticəsində partlayış baş verib, ev sahibi yanıq xəsarəti alıb. Kənd sakini, 55 yaşlı Arif Feyziyev yaşadığı evin mətbəxtində qaz iyi hiss edib. O, qazın sızdığı yeri tapmaq üçün kibrit yandıran zaman alovla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində Arif Feyziyev termiki yanıq xəsarətləri alıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə Arif Feyziyev bədəninin 80%-i yanıb və 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicə alır. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.