Şəkidə prezident seçkiləri ilə əlaqədar polisin seçkilərdə xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan regional seminar-müşavirə keçirilib. Çıxış edənlər seçki qanunvericiliyi, seçki komissiyalarının sistemi, seçki prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyətinin əsasları mövzularına toxunublar. Seminar-müşavirədə ATƏT-in uzunmüddətli beynəlxalq müşahidəçiləri də iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.