Şəkidə də dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhərin Məzahir Abbasov küçəsində yerləşən evlərdən birində baş verib. 33 yaşlı Ələsgər Cəfərov, 65 yaşlı Fərahim Muradov, 44 yaşlı Zöhrab Hənifəyev və 33 yaşlı Lətif Mehdizadə dəm qazından zəhərlənmə diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Məlumata görə, onlar həmin evdə kirayə qalırmış.