Cümə, 08 Dekabr 2023 14:44

Bu gün Şahdağ Milli Parkının yaranması günüdür...

8 dekabr - Zəngin təbii landşafta, unikal ekosistemə malik olan Şahdağ Milli Parkının yaranması günüdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ,meşə təsərrüfatının, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin nümayəndələrinə milli parkın yaranması, flora və faunası, turizm potensialı, eləcə də milli parkın ərazisinə reintroduksiya edilmiş nəcib maral və zubrlar haqqında məlumat verilib.

Cənubi Qafqazda ən böyük əraziyə malik olan bu park İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində yerləşir. Park ölkənin ən əhəmiyyətli dağ və meşə landşaftını özündə birləşdirərək biomüxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması və ekoturizmin inkişafına xidmət edir. 2019-cu ilin may ayından etibarən Almaniya, Belçika, Hollandiya zooparklarından Azərbaycana 46 baş bizon gətirilib. Almaniyanın zooloji parkından gətirilən daha 10 zubrla birlikdə hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində zubrların sayı 61-rə çatdırılıb.

Xatırladaq ki,milli park ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamı ilə yaradılıb. Cənubi Qafqazda ən böyük əraziyə malik olan Şahdağ Milli Parkı özünəməxsus rəng çalarları ilə ilin hər fəslində gözəldir.Qeyd edək ki,Şahdağ Milli Parkının ərazisində Avropa cüyürü, canavar, Hindistan tirəndazı, qonur ayı, Qafqaz köpgəri, çaqqal, tülkü, dovşan, zubr, nəcib maral və digər heyvanlar mövcuddur. İlin bütün fəsillərində bura turist kimi gəlməklə bir çox heyvanı yaxından görmək mümkündür.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S