Qızılca ilə bağlı vəziyyət hər keçən gün daha təhlükəli hal alır. Geniş yayılan virus məktəblərdəki davamiyyətə də öz təsirini göstərir. Çəkiliş apardığımız Şəkinin 8 nömrəli tam orta məktəbində artıq 32 şagird qızılcaya yoluxub. Məktəb rəhbərliyinin sözlərinə görə, yoluxma xəbərləri təsirini göstərib, 2 sinifdə uşaqların dərsə davamiyyəti pozulub. Valideynlər qorxduqlarından övladlarını məktəbə buraxmaq istəmirlər. Hətta adi qripə yoluxanlar belə dərsə gəlməkdən ehtiyat edir.