Qış fəslinin astanasında olmağımıza baxmayaraq bir neçə müddət əvvəl Şəkinin Baltalı kəndində ayı müşahidə olunub. Vəhşi təbiət heyvanı hər hansı ziyanlıq vurmasa da insanları təşvişə salıb. Həmçinin Şəkinin digər kəndlərində də sakinlər ayıların dağlardan kənd ərazisinə düşdüyünü müşahidə etdiklərini deyirlər. Burada sual yaranır ayılar niyə qış yuxusuna hələ də getməyib yaşayış məskənlərinə düşür? Dünyada iqlim dəyişikliyi probleminin artdığını nəzərə alsaq görünür belə halları artıq tez-tez müşahidə edəcəyik. Qeyd edək ki, ekspert qiymətləndirmələrinə görə qonur ayının Azərbaycan ərazilərindəki sayı onların şimala doğru miqrasiyasını nəzərə almaqla, təqribən 500-700 baş arasında dəyişir.