Şamaxıda “Sazlı-sözlü kələğayı” günləri keçirilib. Mədəniyyət Nazirliyinin dəstəyi, Şamaxı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən öncə iştirakçılar kələğayılardən ibarət şərgiyə baxış keçiriblər.. Sərgidə “Yeddi rəng”, “Heyratı”, “Bəstə-nigar”, “Gəlinlik”, “Noxudu”, “Zeytuni”, “Ağzəmin-zanbağı”, “Ağzəmin-qızılı” və s. adda 100-dən artıq kəlağayı nümunələri iştirakçılara təqdim olunub. Ardınca tədbirdə milli mədəni ruhumuzu, adət və ənənələrimizi özündə ehtiva edən kələğayımızın keçdiyi tarixi yoldan geniş söhbət açıb, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər. Xüsusilə vurğulanıb ki, Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Tədbirin bədii hissəsində tanınmış xanəndələr və aşıqlar ansamblının çıxışları tamaşaçılara xoş ovqat bəxş edib.