Şəkili idmançılar Bakıda keçirilən UŞU Sanda və UŞU Çinda idman növləri üzrə yarışdan uğurlu nəticə ilə qayıdıblar. 27 rayondan 300-dən çox idmançının gücünü sınadığı yarışda Şəki idmançıları 2 qızıl medalla respublika çempionluğuna adlarını yazdırıblar. Həmçinin şəkili idmançılar 2 gümüş və 2 bürünc medal da əldə ediblər. Onu da qeyd edək ki, bundan qabaq kikboksinq idman növü üzrə Gəncədə keçirilən 200-ə yaxın idmançının qatıldığı yarışdan da şəkililər 1 gümüş və 3 bürünc medalla qayıdıblar.
Şəkili idmançılar respublika çempionu olub | Kanal S Xəbər