Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Təhsil İdarəsinin rəsmiləri, idarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil işçiləri, şəhid ailələri, qazilər, müharibə veteranları iştirak ediblər. Çıxış edənlər tədbir iştirakçılarını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib, dövlətimizin gündən-günə qüdrətləndiyini, xalqımızın hər zaman qələbəyə layiq olduğunu vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı Qələbəyə səsləyən rəhbər çağırışı olub və Zəfər yürüşü düşmənin sonadək bütün torpaqlarımızdan qovulması ilə nəticələnib. Tədbir şagirdlərin ifasında şanlı Zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiyalarla davam edib.