Çərşənbə, 08 Noyabr 2023 14:35

8 Noyabr - Zəfər günü qeyd olunub...

8 Noyabr - Zəfər günü münasibətilə Şamaxıda təntənəli tədbir keçirilib. İştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Ardınca keçirilən tədbirə Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmiləri, millət vəkili, rayon ictimaiyyəti, şəhid ailələri və müharibə iştirakçıları qatılıb. Çıxışlarda bu qələbənin Azərbaycan tarixində böyük əhəmiyyəti və əvəzolunmaz yeri barədə danışılıb. Vurğulanıb ki, xalqımızın müzəffər Ali Baş Komandanın dəmir yumruğunda birləşərək əldə etdiyi qələbə siyasi iradənin, milli həmrəyliyin və müasir ordunun qurulmasının məntiqi nəticəsidir. Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin heç zaman unudulmayacağı bildirilib. Tədbirin rəsmi hissəsindən sonra respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə 8 Noyabr - Zəfər gününə həsr olunmuş konsert proqramı keçirilib. Konsert atəşfəşanlıqla yekunlaşıb.

İsmayıllıda da 8 Noyabr-Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Bayram tədbirində Rayon İcra Hakimiyyətinin rəsmiləri, millət vəkili, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Ərazi bütövlüyümüzün bərpası zamanı şəhid olan Vətən övladlarının xatirəsi ehtiramla yad edilib. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmənin 44 günə məhv edildiyinə diqqət çəkiblər. Vurğulanıb ki, bu gün Azərbaycan xalqının Qarabağa qovuşduğu, tarixi zəfərə imza atdığı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda terror zamanı həlak olan günahsız insanların qisasının döyüş meydanında alındığı gündür. Bayram tədbiri konsert proqramı ilə davam edib.

Qəbələdə Zəfər Gününə həsr edilmiş tədbirdən önvə iştirakçılar şəhidlər xiyabanını ziyarət edib, onların xatirəsinə ehtiram nemayiş etdiriblər. Ardınca keçirilən tədbirdə rayon rəsmiləri və ictiamiyyət nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid yaxınları iştirak edib. Çıxışlarda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində doğma torpaqlarımızın işğaldan azad olunmasından və tarixi ədalətin bərpa edilməsindən bəhs edilib. Ardınca Zəfər günü tədbirlərinə konsert proqramı ilə yekun vurulub.

Zəfər günündə Şəkidə Rayon administrasiyası, millət vəkilləri, ictimaiyyəti nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları şəhidlər xiyabanını ziyarət edib, zəfər kompleksi və şəhidlərin məzarı önünə çiçəklər düzüb, xatirələrini yad ediblər. Heydər Əliyev mərkəzində keçirilən tədbirdən öncə isə ümummilli liderin abidəsi ziyarət edilib. Tədbirdə çıxış edənlər vurğulayıb ki, tarixi Zəfərlə əsası qoyulan yeni inkişaf mərhələsi Azərbaycanı daha parlaq gələcəyə və yeni-yeni qələbələrə doğru inamla irəli aparır. Uzun illər erməni vəhşiliyinə məruz qalmış doğma və əzəli yurdlarımızın sürətlə dirçəldilməsi və bu torpaqların əsl sahiblərinin qayıdışının təmin edilməsi hər birimizi qürurlandırır. Bu günü bizə yaşadan qəhrəmanlarımız isə heç zaman unudulmayacaq. Rəsmi hissənin ardınca Qarabağ zəfərinə həsr olunan videoçarx nümayiş olunub.
Zəfər günü tədbirləri Bəxtiyar Vahabzadə adına parkda baş tutan konsert proqramı ilə davam edib. Bayram tədbiri atəşfəşanlıqla yekunlaşıb.

Qaxda rayon rəsmiləri və ictiamiyyət nümayənədləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ardınca Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilib. Zəfər Gününə həsr olunmuş tədbirdə isə çıxış edənlər Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi qələbəni təmin edən ən mühüm amil olduğunu xüsusilə diqqətə çatdırıblar. Tədbirə bayram konserti ilə yekun vurulub.

Zəfər günü Zaqatalada da silsilə tədbirlərlə qeyd edilib. Səhər saatlarında şəhidlərin məzarlarının və Zəfər kompleksini ziyarətlə başlanan tədbir daha sonra konfrans şəklində davam edib. Çıxışlarda bildirilib ki, 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsi xalqımızın Vətən müharibəsindəki ən böyük hərbi qələbəsi olub. Qədim Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazılıb. Daha sonra silsilə tədbirlər sərgi və bayram konserti ilə davam edib

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S