Azərbaycanın qədim şəhərlərindən biri olan Qəbələdə bu gün də arxeoloji qazıntılar aparılır. 800 ildən çox qədim Azərbaycan dövləti Albaniyanın paytaxtı olan Qəbələ hələ də özündə bir çox sirr gizlədir.
2008-ci ildən başlayaraq SEBA Asossasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə koreyalı arxeoloqlar davamlı olaraq Qəbələ tədqiqatlarında iştirak edirlər. Qazıntılar Səlbir və Qala adlanan ərazilərdə aparılıb. Qala adlanan ərazinin 9-cu sahəsində aparılan qazıntılar zamanı bir çox maraqlı tapıntılar aşkar edilib.
Çərşənbə axşamı, 07 Noyabr 2023 14:27