Şəkidə ölümlə nəticələnən yanğın olub. Gecə saatlarında Şəki şəhəri Mahiyəddin Abbasov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin avtomobilləri və şəxsi heyyəti cəlb edilib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ümumi sahəsi 162 m² olan ikimərtəbəli, 6 otaqlı ev tamamilə yanıb. Hadisə yerinə baxış zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanmış cəsədin şəxsin ev sahibi, 69 yaşlı Ziyafət Salmanovaya məxsus olduğu bildirilir. Mərhum evdə tək yaşayırmış. İlkin ehtimallara görə yanğının qaz sobasından baş verdiyi ehtimal edilir.