Şəkidə Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn qəhrəmalarımızdan biri - Səbuhi İsgəndərlinin ildönümü qeyd edilib. Əvvəlcə şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Çıxış edənlər 19 yaşlı şəhidimizin şərəfli ömür yolundan, onunla bağlı xatirələrindən, müharibədə göstərdiyi şücaətlərdən bəhs ediblər. Daha sonra mərasim ehsan süfrəsi ilə davam edib. Qeyd edək ki, Səbuhi İsgəndərli Cəbrayılın, Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra \"Vətən uğrunda\", \"İgidliyə görə\" və \"Zəngilanın azad olunmasına görə\" medalları ilə təltif edilib.