Cümə axşamı, 26 Oktyabr 2023 14:18

Şamaxıda yol polisi “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirib...

Şamaxı Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə şəhər ərazisində hərəkətin intensiv olduğu yerlərdə nəzarət-profilaktik tədbirlər keçirilib. Reyd atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə təşkil olunub.

Reyd zamanı avtomobillər saxlanılıb və həmin nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Yol polisi əməkdaşları həmin avtomobil sahibləri ilə izahedici söhbətlər aparıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb. Xatırladaq ki, nasaz nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat cərimə edilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S