Şəki şəhər 18 saylı orta məktəbin hazırladığı olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya (respublika fənn olimpiadaları) hazırlaşdırılması layihəsi Təhsil nazirliyinin VII qrant layihələrinin müsabiqəsində qalib layihələrdən olub. Layihənin təqdimatı məqsədi ilə keçirilən tədbirdə çıxış edənlər ölkədə təhsilə, insan kapitalına göstərilən diqqət və qayğıdan danışıblar.
Bildirilib ki, layihə çərçivəsində 8 fənn üzrə RFO-ya hazırlıq üzrə peşəkar məşğələlər təşkil olunacaq. Bunun üçün Şəki şəhərində fəaliyyət göstərən 150 müəllim arasında test və müsahibə yolu ilə 20 nəfər müəllim seçiləcək. Layihə ümumilikdə 8-11-ci siniflərdə təhsil alan 750 nəfər şagird arasından diaqnostik qiymətləndirmə ilə seçilən 128 nəfəri əhatə edəcək. Layihə nəticəsində Şəkidə təhsilalanlar arasında RFO-ya marağın artırılması və olimpiadalara qatılan şagirdlərin nəticələrinin yüksəldilməsi nəzərdə tutulur.
Çərşənbə axşamı, 24 Oktyabr 2023 13:57