Qəbələ Atıcılıq Klubunda “18 oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş yeniyetmə və gənclər arasında pnevmatik tüfəngdən güllə atıcılığı üzrə rayon birinciliyinə yekun vurulub. Rayonun 28 tam orta məktəblərindən 90-dək idmançının mübarizə apardığı yarışda Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası I yeri tutaraq kubokun sahibi olub. Uludaş kənd tam orta məktəbinin komandası II yeri və Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası III yeriləri bölüşüblər. Fərdi mübarizədə isə I, II və III yerləri tutmuş oğlan və qızlar Gənclər və İdman idarəsinin sertifikatları ilə mükafatlandırılıblar.