Şəkidə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid Xəyal Məmmədovun məzun olduğu məktəbdə xatirəsi yad edilib. Tədbirdə məktəbin kollektivi, şəhid ailələri iştirak ediblər. Çıxışlarda bildirilib ki, torpaqlarımız şəhidlərin qanı və canı bahasına azadlığa qovuşub.
Xalqımız daim onları ehtiramla yad edəcək. Sonra tədbir şəhid Xəyalın adını daşıyan 4a sinfinin şagirdlərinin təqdimatında ədəbi-bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Xəyal Məmmədov Vətən müharibəasi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Xəyal Məmmədov ölümündən sonra \\\"Vətən uğrunda\\\", \\\"Vətənə xidmətə görə\\\", \\\"Cəbrayılın, Qubadlının və Füzulinin azad olunmasına görə\\\" medalları ilə təltif olunub.
Cümə axşamı, 19 Oktyabr 2023 13:34