Qax şəhər Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbin 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, rayon Təhsil sektorunun rəhbər şəxsləri, məktəbin məzunları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qocaman təhsil ocağının yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Qeyd olunub ki, məktəb maarifçi, ictimai-siyasi xadim İslam bəy Qabulovun təşəbbüsü ilə yaradılıb və ötən müddət ərzində Azərbaycanda maarifin və təhsilin inkişafında xüsusi xidmətləri olub. Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb. Məktəbin bir qrup müəllimi Qax Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edib. Sonra elm və təhsil naziri Emin Əmrullayevin Qax şəhər 1 nömrəli tam orta məktəbin kollektivinə ünvanladığı təbrik məktubunu oxunub. Məktəbin qabaqcıl müəllimlərinə Elm və Təhsil Nazirliyinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin fəxri fərmanları təqdim olunub. Yubiley tədbiri bədii proqramla davam edib.