Yaponiyalı sərmayədarlar ölkəmizə səfər çərçivəsində Şəki şəhərində də olublar. Yaponiyalı qonaqlar əvvəlcə şəhərin qədim tarixi hissəsini - “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunu gəziblər. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı, “Yuxarı Karvansaray” mehmanxana kompleksi və digər tarixi abidələr barədə qonaqlara ətraflı məlumat verilib. Şəki ilə tanışlıq qonaqlarda böyük maraq doğurub. Bölgəyə səfərləri çərçivəsində yaponiyalı sərmayədarlar Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən tütünqurutma müəssisələri ilə də tanış olublar.