Axşam saatlarında Şəkinin Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan yağışları nəticəsində ərazidən keçən Əlican çayında suyun səviyyəsi qalxıb. Ərazidən keçən Yexlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənd daxili yollara basıb, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Yağan güclü yağış nəticəsində Şəkinin Bolludərə kəndini də sel suları yuyub. Əliyar kəndinə gələn yol isə sel suları səbəbindən bağlanıb, kənd arası yollar dağılıb, bəzi evlərə və obyektlərə sel suları dolub. Hazırda müvafiq qrumlar əraziyə ezam edilib, fasadların aradan qaldırılması istiqamətində iş aparılır. Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti höküm sürür.