Baba Mikayılov 1992-ci ilin yanvarında Şuşa rayonun Daşaltı kənində döyüşlərdə itkin düşüb. Onun qalıqları Daşaltı kəndi ərazisində kütləvi məzarlıqda aşkar edilib. onun nəşinin qalıqlarını Şamaxı şəhərinin girişində rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qarşılayıb. Bundan sonra nəşin qalıqları mərhumun Göylər kəndindəki yaşadığı evə gətirilib. Vida mərasimindən sonra qalıqlar dəfn olunmaq üçün Göylər kənd qəbiristanlığına aparılaraq torpağa tapşırılıb. Qeyd edək ki, Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin 11-i hərbçi, 4-ü mülki şəxsdir. Bu şəxslərdən 7 nəfəri 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində, 4 nəfəri 1993-cü ildə Kəlbəcər rayonunda, 4 nəfəri isə 1993-cü ildə Füzuli rayonunda itkin düşənlərdir.