Qaxda Heydər Əliyev ili çərçivəsində “Növbəti stansiya gənclik” layihəsi start götürüb. Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, “Gənclərin İnkişaf və Karyera Mərkəzinin” təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində müxtəlif təlim sessiyaları olacaq. Avqustun 24-dək davam edəcək təlimlərdə əsas məqsəd regionlarda, xüsusilə kəndlərdə yaşayan və sosial aktiv həyatdan geridə qalan gənclərə təkan vermək, onları aktivləşdirməkdir. Qeyd edək ki, layihə çərçivəsində təlimlərə bu günə qədər 750-dən çox gənc qatılıb. Yekunda isə bu sayın 1300-ü ötəcəyi gözlənilir.