Bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 34 yaşlı Nicat Mirzəyevin sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Yaralı Şəki Mərkəzi rayon xəstəxanasında reanimasiya bölməsinə yerləşdirilib, hazırda vəziyyəti ağırdır. Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.