Avqustun 17-dən Şəkidə vahid məktəbli formalarının satışına başlanılıb. Satıcılar yeni məktəbli formalarının qiymət baxımından uyğun olduğunu deyirlər. Ancaq mağazalarda hələ ki, alıcı qıtlığı müşahidə olunur. Görünür ki, valideynlər hələ də övladlarına məktəbli forması alıb-almamaq mövzusunda çaşğınlıq içərisindədir. Ötən il köhnə formanı geyinmək sərbəst olduğundan \"bu il də icazə verilə bilərmi, yoxsa yeni formanı almaq məcburidir? deyə düşünürlər. Ancaq növbəti tədris ilindən bu belə olmayacaq. Çünki ölkənin hər bir ümumi təhsil müəssisəsi şagirləri vahid məktəbli geyimində qəbul edəcək. Bu isə məktəb rəhbərliyi və valideynlər arasında razılaşdırma əsasında həyata keçirilir. Qeyd edək ki, Şəki şəhərində valideynlərin vahid məktəbli formasını əldə edilə biləcəyi 4 satış məntəqəsi mövcuddur.