Cümə axşamı, 17 Avqust 2023 16:28

“Heydər Əliyev və Azərbaycan dili”

Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, eyni zamanda, dövlət müstəqilliyimizin əsas amili, rəmzidir.  Zəngin söz ehtiyatına, gözəl ahəngə malik olan Ana dilimiz ulu babalardan xalqımıza miras qalan ən qiymətli sərvətdir. Bu fikirlər “Heydər Əliyev İli” çərçivəsində Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masada səsləndirilib. Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, ziyalılar iştirak ediblər.  Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında, dövlət dili kimi işlədilməsində, dünya dilləri arasında öz layiqli yerini tutmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilib. Bildirilib ki, Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Müstəqil dövlətin müqəddəs atributlarına hörmətlə yanaşmaq hamının borcudur.  Çıxış edənlər Azərbaycan dilinin dünya dilləri arasında öz layiqli yerini tutmasında Ümummilli Liderin tarixi xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S