Şamaxı rayonunda turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı \\\"Daewoo\\\" markalı sərnişin avtobusu Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olarkən sürücüsünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı torpaq əraziyə düşüb. Hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunub. Yaralanan şəxslər Bakı sakinləri 50 yaşlı Əmirova Gülayə Qaçay qızı və 15 yaşlı Rəhmanova Sürəyya Elton qızı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.