Qapalı məkanlarda tütün məmulatlarından istifadəyə dair məhdudiyyətlərə riayət edilməsinin təmini və ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə Polis əməkdaşları tədbir keçirib. Kafe və restoranlarda keçirilən tədbir zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan şəxslər aşkar olunub. Balakən rayonunda cari il ərzində qeyd olunan qayda pozuntuları ilə bağlı polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinin tələblərini pozan 218, 266.3-cü maddəsinin tələblərinə əməl etməyən 90 və 396-cı maddənin tələblərini pozan 42 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb.