Qəbələ Azərbaycanın zəngin və qədim tarixə malik gözəl bölgələrindən biridir. Min bir çeşidlə rayona gələn turistlərin zövqünü oxşayan Qəbələ mətbəxi həm də qədim yemekləri ilə gələnlərin qəlbində taxt qurub. Belə gözəl yeməklərdən biridə Daşarası kababıdır. Yalnız burada \\\"daşarası kabab\\\" adlanan kabab növünə rast gəlmək olar. Qəbələ mətbəxinin şahı satılan, qaya daşlarının arasında hazırlanan Daşarası kababın 200 ildən çox tarixə malik olduğu deyilir. Qaya daşlarının arasında xüsusi üsulla bişirilən kababın bütün dadı-tamı yeməkdə qalır. Azərbaycanın gözəl guşələrindən olan Qəbələ bölgəsinin şah yeməyi Daşarası kababınını bu dəfə də Laza kəndində lentə aldıq. Qəbələyə gələn yerli və xarici turistlər də Daşarası kababın dadına baxmamış rayondan ayrılmırlar. Qeyd edək ki, Qəbələ mətbəxi həm də döşəmə plov, üçqulaq, düyü, qoz və şabalıd halvaları və digər ləzzətlərlə də zəngindir.