Qəbələdə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən keçmiş məhkum saxlanılıb. Polis Şöbəsinin əməkdaşları Bum qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elnur Eyyubovu şübhəli şəxs kimi saxlayıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindəki yarımçıq tikilidən və bostan bitkilərinin becərildiyi dirrikdən Elnur Eyyubov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 20 kiloqrama yaxın çətənə kolları aşkar edilib. Bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində çətənə kollarını bir neçə ay bundan öncə becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.