İsmayıllıda 35 yaşlı qadın qətlə yetirilib. Şübhəli şəxs qismində əri saxlanılıb. Hadisə bu gün günorta saatlarında rayonunun Təzəkənd kəndində törədilib. Kənd sakini Aytən Bədəlovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. İlkin istintaq tədbirlərindən sonra qadını həyat yoldaşı, 35 yaşlı Etibar Bədəlovun öldürdüyü müəyyən edilib. Cinayət ailə münaqişəsi zəminində baş törədilib. Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.