Oksimedia və Vaytrup prodakşının birgə ərsə gətirdiyi serialın çəkilişlərinə iyul ayının əvvəlindən start verilib. Öz ölkələrində kifayət qədər tanınan əcnəbi rejissorlar, Azərbaycanda da bundan sonra öz dəsti- xətti ilə seçilmək niyyətindədirlər. Onlar Azəbaycanda olmaqdan həm məmnundurlar, həm də serialın müəyyən tamaşaçı kütləsinə xitab edəcəklərini düşünürlər. Beynəlxalq proyekt olan “Sara” serialının ARB televizyası ilə yanaşı, Pakistan televiziyalarının birində də nümayişi planlaşdırılır.