Şəkinin Aşağı Göynük kəndində fərdi yaşayış evində partlayış baş verib. Hadisə nəticəsində evdə olan 3 nəfər - 24 yaşlı Şəlalə Yusifova və övladları, 3 yaşlı Əsli Soltanlı, 1 yaşlı Məmməd Soltanlı müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım olunduqdan sonra vəziyyətləri ağır olduğu üçün Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.